Jorjinyodan vida arzusu

Xəbərlər
28 Sentyabr 2024 16:50
153
Jorjinyodan vida arzusu

“Arsenal”ın futbolçusu Jorjinyo karyerasını bitirmək barədə düşünür.

İdman.biz xəbər verir ki, italiyalı yarımmüdafiəçi 32 yaşında oyunçu karyerasına son qoymaq variantını nəzərdən keçirir.

Cari mövsüm onun karyerasında sonuncu ola bilər. Jorjinyo 2025-ci ilin yayında başa çatacaq müqaviləsi bitdikdən sonra yekun qərarını verəcək.

Anlaşmanın sonradan bir il müddətinə uzadılma bəndi olsa da, Jorjinyo məşqçiliyə başlamaq arzusundadır. O, “Arsenal”da qalmaq və Mikel Artetanın köməkçisi olmağı planlaşdırır.

İdman.biz