“Mançester Siti” xal itirib

Xəbərlər
28 Sentyabr 2024 17:42
56
“Mançester Siti” xal itirib

İngiltərə Premyer Liqasında VI tur davam edir.

İdman.biz xəbər verir ki, çempionatın lideri “Mançester Siti” xal itkisi ilə üzləşib.

Pep Qvardiolanın yetirmələri Nyukasl səfərində eyniadlı komandanı məğlub edə bilməyiblər. 35-ci dəqiqədə Yoşko Qvardiol mançesterliləri hesabda önə çıxarsa da, 58-ci dəqiqədə Entoni Qordon bərabərlik qoluna imza atıb – 1:1.

Qeyd edək ki, 6 oyunda 14 xal toplayan “şəhərlilər” 1-ci pillədə qərarlaşıb. Üç xal geri qalan “Nyukasl” 5-cidir.

İdman.biz