Rəşad Sadıqov: "İnamlı qələbə qazandıq"

Xəbərlər
28 Sentyabr 2024 20:01
44
Rəşad Sadıqov: "İnamlı qələbə qazandıq"

"Oyundan qabaq da matçın bizim üçün çətin və gərgin keçəcəyini düşünürdük. Çünki rəqib neçə tur idi ki, uduzurdu".

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının VIII turunda "Kəpəz"lə oyunda qeydə alınan 3:0 hesablı qələbəni şərh edib. "Rəqib komandada baş məşqçi dəyişikliyi baş vermişdi. Son turlarda da hər zaman rəqiblər üzərində müəyyən dəqiqələrdə şansları olurdu, fərqlənə bilsələr, matç fərqli məcrada gedərdi. "Sabah"ı 2:0 məğlub edirdilər. Bu məqamları nəzərə alıb düşünürdük ki, matç bizim üçün çətin keçəcək. İlk hissə həqiqətən belə oldu. Rəqib bizə çoxlu pressinq tətbiq edirdi. Bəzən pressinqdən çıxa bilirdik, bəzən isə çətinlik çəkirdik. Qapımızda çoxsaylı standart vəziyyətlər də oldu.İkinci hissədə oyun bizim üçün daha rahat keçdi, inamlı qələbə qazandıq. Futbolçuları bu münasibət ilə təbrik edirəm".

Qeyd edək ki, ardıcıl 3-cü qələbəsini qazanan "Zirə" 3-cü pilləyə yüksəlib.

İdman.biz