Azər Bağırov: "Uğursuzluq zolağından çıxmaq üçün planlar cızırıq"

Xəbərlər
28 Sentyabr 2024 20:24
44
Azər Bağırov: "Uğursuzluq zolağından çıxmaq üçün planlar cızırıq"

"Oyun konsentrasiyasından düşürük".

İdman.biz xəbər verir ki, bunu "Zirə" ilə oyundan sonra "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının VIII turunda qeydə alınan 0:3 hesablı məğlubiyyəti şərh edib: "Oyundan-oyuna nələrisə yaxşı etməyə çalışırıq. Düşünürəm ki, ilk hissədə daha yaxşı mübarizə apardıq. Meydançada bağışlanmayan səhvləri həm birinci, həm də ikinci hissədə etdik. Əvəzetmədən meydana daxil olan futbolçularla bağlı onu deyə bilərəm ki, hər bir oyunun öz tapşırığı var. Məşqçilər korpusu ilə birlikdə fikirləşdik ki, oyuna daha yaxşı yerli futbolçular qoşula bilər və ona görə də onları meydana buraxdıq. Uğursuzluq zolağından çıxmaq üçün planlar cızırıq".

Qeyd edək ki, "Kəpəz" ardıcıl 8-ci tur meydanı xalsız tərk edib.

İdman.biz