"Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının VIII turunda "Neftçi" ilə oyunu şərh edib: "Referiden də xoşum gəlmədi. Onun qərarları da bizi xallardan etdi. Yanılmıram. Dəfələrlə epizodlara baxdım. Roy Kehatın epizodunda təmiz penaltini verilmədi. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. "Neftçi" kimi komanda ilə görüşdə epizodlar da olur qapında. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi. Orada axsadıq. Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Xallar itirmişdik, oyunlar da ruhsuz oyunlar idi. Məşqçilər də və futbolçular da ruhsuz idi. Amma azarkeşlərimiz bizimlə birlikdə oldu. İstəyirdim ki, qalib gələk. Əfsuslar olsun ki, olmadı. Ən yaxşısına çalışacağıq. Söz verirəm".
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçı 1:1 hesabı ilə yekunlaşıb.
İdman.biz