Roman Qriqorçuk: "Psixoloji cəhətdən təzyiq var"

Xəbərlər
28 Sentyabr 2024 22:46
70
Roman Qriqorçuk: "Psixoloji cəhətdən təzyiq var"

"Prinsipcə, biz qələbəyə daha yaxın idik. Amma futbolda belə şeylər olur".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Misli Premyer Liqasında VIII turunun "Sumqayıt"la oyunda qeydə alınan 1:1 hesablı nəticəni şərh edib. "Stadionumuz dəyişib, buranı bəyənirəm. Oynadığımız futbolda və nəticələr bundan çox geri qalır. Oynumuzu yaxşılaşdırmalıyıq. Bunu da əzmkar işlə. Taktik və fiziki cəhətdən çatışmazlıqlar yoxdur. Psixoloji cəhətdən oyunçular üzərində təzyiq var. Psixoloji daha yaxşı olmalıyıq. İndi yalnız qələbə futbolçunu daha yaxşı tərəfə dəyişəcək. "Neftçi" brenddir. Nəticələr də buna layiq olmalıdır. Təbii ki, bu haqda düşünməmişdim. Çünki düşüncəmdə gələcəkdə nələr baş verəcək haqda düşünmürəm. Komandanın səkkiz oyun qalib gələ bilməyəcəyini düşünmək çətindir".

Qeyd edək ki, "Neftçi" 8 turdan sonra qələbə qazana bilməyib.

İdman.biz