Azərbaycan kubokunun püşkü atılacaq

Xəbərlər
30 Sentyabr 2024 09:08
335
Azərbaycan kubokunun püşkü atılacaq

Bu gün Azərbaycan kubokunun 2024/25 mövsümünün püşkü atılacaq.

İdman.biz xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.

Tədbir saat 15:00-da başlanacaq.

Azərbaycan kubokunun 2024/25 mövsümündə 34 komanda iştirak edəcək. Misli Premyer Liqası, I Liqa və II Liqanın bütün klubları yarışa qatılacaq.

I təsnifat mərhələsi oktyabrın 12-13-də, II təsnifat mərhələsi 29-30-da baş tutacaq. 1/8 final görüşləri isə dekabrın 3-4-də oynanılacaq. Kubok uğrunda mübarizə gələn il davam etdiriləcək.

Qeyd edək ki, püşkatma mərasimi “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

İdman.biz