Yusuf Yazıcı “Qarabağ”a qarşı oynaya bilər

Xəbərlər
30 Sentyabr 2024 12:28
425
Yusuf Yazıcı “Qarabağ”a qarşı oynaya bilər

Türkiyə millisinin hücumameylli yarımmüdafiəçisi Yusuf Yazıcı 2025-ci il yanvarın 30-da Avropa Liqası çərçivəsində “Qarabağ”a qarşı çıxış edə bilər.

İdman.biz xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını Yunanıstan “Olimpiakos”unda davam etdirəcək.

Yusuf ötən mövsüm “Lill”in heyətində müxtəlif turnirlərdə 41 oyunda 12 qol vurub. O həmçinin karyerası ərzində “Trabzonspor” və Moskva SSKA-sının formalarını da geyinib.

İdman.biz