Millimiz ikinci yoldaşlıq görüşünü keçirib

Xəbərlər
30 Sentyabr 2024 15:28
112
Millimiz ikinci yoldaşlıq görüşünü keçirib

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 27-də keçirilən ilk yoldaşlıq oyununda Gürcüstan yığması 4:0 hesablı qələbə qazanıb.

İdman.biz

Məqalədə: