Çempionlar Liqasında 9 oyun: “Arsenal” PSJ ilə üz-üzə

Xəbərlər
1 Oktyabr 2024 18:17
376
Çempionlar Liqasında 9 oyun: “Arsenal” PSJ ilə üz-üzə

Bu gün Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək.

İdman.biz xəbər verir ki, Liqa mərhələsinin II turunun ilk günündə 9 matç baş tutacaq.

Günün ən maraqlı qarşılaşmalarından biri İngiltərədə olacaq. İlk turda qələbə qazanan "Arsenal"la PSJ xal hesablarınıa artırmaq üçün mübarizə aparacaqlar. Dortmundda "Borussiya" və "Seltik" də ikinci qələbə üçün meydana çıxacaqlar.

Qeyd edək ki, tura oktyabrın 2-də yekun vurulacaq.

Çempionlar Liqası
Liqa mərhələsi
II tur, 1 oktyabr

20:45. "Zalsburq" – "Brest"
20:45. "Ştutqart" – "Sparta"
23:00. "Arsenal" – PSJ
23:00. "Barselona" "Yanq Boyz"
23:00. "Bayer" – "Milan"
23:00. "Borussiya" D – "Seltik"
23:00. "İnter" – "Srvena Zvezda"
23:00. PSV – "Sportinq"
23:00. "Slovan" – "Mançester Siti"

İdman.biz