“Araz-Naxçıvan”nın legionerinin İSTƏYİ

Xəbərlər
1 Oktyabr 2024 12:29
129
“Araz-Naxçıvan”nın legionerinin İSTƏYİ

“Komanda şəklində yaxşı qələbə qazandıq. Əslində, birinci hissədə qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Əvəzində ani diqqətsizlik üzündən qapımızdan top buraxdıq və fasiləyə məğlub vəziyyətdə yollandıq”.

Bunu İdman.bizə “Araz-Naxçıvan”nın futbolçusu Bernardo Dias deyib.

Portuqaliyalı futbolçu Misli Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Səbail” (3:2) matçını şərh edib. Yarımmüdafiəçi bildirib ki, müsbət nəticələrin davamlı olmasına çalışacaqlar: “Çətin olacaq, amma mümkünsüz heç nə yoxdur. Sona qədər mübarizə aparmaq, “döyüşmək” lazımdır. Hazırda bizim üçün yeganə üzücü məqam azarkeş amili ilə bağlıdır. Komanda yoldaşlarım Naxçıvanda oynayacağımız təqdirdə daha çox tamaşaçının olacağını deyir. Təəssüf ki, həmin arena da tələblərə cavab vermir. Amma bunun çıxış yolu tapılmalıdır. Biz də öz fanatlarımız qarşısında, onların dəstəyi altında oynamaq istəyirik. Belə olsa, rəqiblərimiz daha çox təzyiq hiss edəcəklər. Həm də bu qələbəni fanatlarımız əyani görəcəklər”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasında 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Elmar Baxşıyevin komandası 9-cu turda “Sabah”ın qonağı olacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: