“Qarabağ” - “Malmö" oyununa satılan biletlərin sayı açıqlanıb

Xəbərlər
1 Oktyabr 2024 12:48
175
“Qarabağ” - “Malmö" oyununa satılan biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa satılan biletlərin sayı açıqlanıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qarşılaşmaya hələlik 18 min bilet satılıb.

Qeyd edək ki, matç oktyabrın 3-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz

Məqalədə: