“Qarabağ” – “Malmö”: “9” kimə düşərli olacaq?

Xəbərlər
1 Oktyabr 2024 14:38
382
“Qarabağ” – “Malmö”: “9” kimə düşərli olacaq?

Bu həftə Avropa Liqasının Liqa mərhələsində II turun oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” əsas mərhələdə ilk ev sınağına çıxacaq.

Qurban Qurbanovun yetirmələri İsveç təmsilçisi “Malmö”nü qəbul edəcəklər. Bu, iki rəqib arasında ilk avrokubok dueli olacaq.

Lakin Azərbaycan və İsveç klubları indiyədək 8 dəfə üz-üzə gəliblər. Qarşıdakı matç sayca 9-cu belə duel olacaq.

Bu qarşılaşmalarda təmsilçilərimiz böyük üstünlüyə malikdirlər. 6 qələbə qazanan komandalarımız 2 dəfə uduzublar. Maraqlıdır ki, 8 matçın heç birində heç-heçə qeydə alınmayıb. 10 qol vuran klublarımız 3 top buraxıblar.

Bu 8 oyundan 6-sı “Qarabağ”ın hesabındadır. Qurbanovun komandası skandinaviyalılara 5 dəfə qalib gəlib və yalnız bir dəfə uduzub. 9 qol vuran Ağdam klubu cəmi 2 top buraxıb. Təmsilçimiz bu 6 oyunu üç fərqli rəqibə qarşı keçirib. Qurbanovun komandası iki dəfə rəqibini mübarizədən kənarlaşdrıb, bir dəfə isə qrupda iki dəfə üz-üzə gəlib.

“Qarabağ”dan başqa yalnız “İnter” (indiki “Şamaxı”) isveçlilərlə üz-üzə gəlib. Həmin vaxt Bakını təmsil edən klub penaltilər seriyasında mübarizəni dayandırıb.

2013/14 mövsümü, Avropa Liqası
“Qarabağ” – “Gefle” – 1:0, 2:0
2014/15 mövsümü, Avropa Liqası
“Elfsborq” – “İnter” – 0:1, 1:0, p. 4:3
2016/17 mövsümü, Avropa Liqası
“Höteborq” – “Qarabağ” – 1:0, 0:3
2023/24 mövsümü, Avropa Liqası
“Haken” – “Qarabağ” – 0:1, 1:2

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: