Dünyanın ƏN BAHALI futbolçusu açıqlanıb

Xəbərlər
1 Oktyabr 2024 17:51
384
Dünyanın ƏN BAHALI futbolçusu açıqlanıb

"Mançester Siti"nin və Norveçin hücumçusu Erlinq Haland dünyanın ən bahalı futbolçusu olub.

İdman.biz xəbər verir ki, oktyabrın 1-də Transfermarkt portalı İngiltərə Premyer Liqasının bəzi oyunçularının qiymət etiketlərini yeniləyib və 24 yaşlı futbolçunun dəyəri 180 milyon avrodan 200 milyon avroya yüksəlib.

Əvvəllər Haland reytinqin 1-ci pilləsini “Real”ın oyunçuları Vinisius Junior, Cud Bellingem və Kilian Mbappe ilə bölüşürdü. Onların dəyəri hələlik 180 milyon avro olaraq qalır. Lakin bu, oktyabrın 11-də oyunçularının qiymət siyahılarını yeniləndikdə dəyişə bilər.

Haland, eyni zamanda, 200 milyon avroya çatan ikinci oyunçu olub. 2018-ci ilin əvvəlində Mbappe bunu bacarmışdı.

Qeyd edək ki, bu mövsüm Erlinq İngiltərə çempionatında 6 matçda 10 qol vurub.

İdman.biz

Məqalədə: