Almaniyada böyük narazılıq: “Sizi maraqlandıran yalnız puldur”

Xəbərlər
2 Oktyabr 2024 09:26
278
Almaniyada böyük narazılıq: “Sizi maraqlandıran yalnız puldur”

Çempionlar Liqasının Dortmundda keçirilən “Borussiya” – “Seltik” (7:1) oyunu xoşagəlməz hadisə ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, almaniyalı azarkeşlər avrokubokların əsas mərhələsindəki islahatlara ciddi narazılıqlarını nümayiş etdiriblər.

Yeni formata etiraz edən fanatlar tribunalardakı narazılıqlarını bannerlərdəki yazılarla göstəriblər. “UEFA mafiya” və “Sizi idman maraqlandırmır, sizi maraqlandıran yalnız puldur” yazıları olan bannerlərin format dəyişikliyi ilə bağlı olmasına digər pankartda işarə vurulub.

Qeyd edək ki, cari mövsümdən etibarən qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Çempionlar Liqası və Avropa Liqasında 32 deyil, 36 komanda 8 turda mübarizə aparır.

İdman.biz

Məqalədə: