Levandovski Messinin beş addımlığında

Xəbərlər
2 Oktyabr 2024 09:36
275
Levandovski Messinin beş addımlığında

“Barselona”nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında qol vurduğu rəqiblərin sayını 35-ə çatdırıb.

İdman.biz xəbər verir ki, polşalı hücumçu “Yanq Boyz”la oyunda iki dəfə fərqlənib.

36 yaşlı forvard İsveçrə təmsilçisinə ilk dəfə qol vurub. Bununla da qol vurduğu komandaların sayını 35-ə yüksəldən Robert Kərim Benzemanı keçib. Fransalı 34 rəqibə qənim kəsilib.

Levandovski bu göstəricidə 3-cü yerdədir. O, 40 rəqibi məyus edən Lionel Messidən beş addım geri qalır. Kriştiano Ronaldo isə 38 komandaya qol vurub.

Qeyd edək ki, “Barselona” “Yanq Boyz”a 5:0 hesabı ilə qalib gəlib.

İdman.biz