Maradonanın cəsədi mavzoleydə yerləşdiriləcək

Xəbərlər
2 Oktyabr 2024 10:25
213
Maradonanın cəsədi mavzoleydə yerləşdiriləcək

Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradonanın cəsədi mavzoleyə yerləşdiriləcək.

İdman.biz xəbər verir ki, bununla bağlı futbolçunun qızları Dalma və Canina San-İsidor məhkəməsinə müraciət edib.

Məhkəmə onların bu istəyini müsbət cavablandırıb. Qızlar atalarının məzarının Buenos-Ayresin mərkəzində tikilməkdə olan məqbərəyə köçürülməsini istəyiblər. Bununla da hər kəs Argentina futbolunun əfsanəsinin xatirəsini ehtiramla yad edə biləcək.

Maradona hazırda Buenos-Ayresin ətrafında, ictimaiyyət üçün bağlı olan şəxsi qəbiristanlıqda dəfn olunub. Mavzoleyin tikintisi gələn il başa çatacaq.

Qeyd edək ki, Maradona 2020-ci ilin noyabrın 25-də 61 yaşında vəfat edib.

İdman.biz