Futbolsevərlər “Qarabağ”a inanır

Xəbərlər
2 Oktyabr 2024 12:26
225
Futbolsevərlər “Qarabağ”a inanır

Avropa Liqasının “Qarabağ” – “Malmö” oyununun favoriti bəlli olub.

İdman.biz xəbər verir ki, buna UEFA-nın rəsmi saytında futbolsevərlər arasında keçirilən səsvermədə aydınlıq gəlib.

İndiyədək səsverməyə qatılanlar “Qarabağ”ın qələbəsinə inanır. Azərbaycan çempionunun qalib gəlməsinə 84 faiz səs verib. İsveç klubuna inananlar isə cəmi 3 faiz təşkil edir. Digər 13 faiz heç-heçə olacağı qənaətindədir.

Qeyd edək ki, Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” qarşılaşması sabah saat 20:45-də başlayacaq.

İdman.biz

Məqalədə: