Juninyo: “Azarkeşlərimizi sevindirməyə çalışacağıq”

Xəbərlər
2 Oktyabr 2024 13:43
261
Juninyo: “Azarkeşlərimizi sevindirməyə çalışacağıq”

“Son oyunlarda fürsətlərdən istifadə edə bilmirəm”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo deyib.

Braziliyalı hücumçu Avropa Liqasının Liqa yolunda “Malmö” (İsveç) ilə oyun öncəsi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklər: “Bunu düzəltmək üçün məşqlərdə daha çox çalışır, əlimizdən gələni əsirgəmirik. Sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də saat 20:45-də başlayacaq.

Aytac Sahəd
İdman.biz