“Qarabağ”da daha bir itki

Xəbərlər
2 Oktyabr 2024 13:46
293
“Qarabağ”da daha bir itki

“Qarabağ” “Malmö” ilə sabah keçiriləcək matça itki ilə çıxacaq.

İdman.biz xəbər verir ki, bunu oyunöncəsi mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlayıb.

O bildirib ki, Mateus Silva İsveç klubu ilə görüşdə iştirak etməyəcək. 26 yaşlı braziliyalı müdafiəçi Misli Premyer Liqasının VIII turunun “Sabah”la görüşündə zədələndiyi üçün bir neçə matçı buraxacaq.

Qurbanov Marko Yankoviçin də durumuna toxunub. O qeyd edib ki, zədədən dönən monteneqrolu ilə bağlı qərar hələ verilməyib.

Qeyd edək ki, Mateusun oynadığı müdafiənin sağ cinahında digər legioner Marko Veşoviç də zədəlidir.

Aytac Sahəd
İdman.biz