Azərbaycan rekordçusu 70-ci qələbənin astanasında

Xəbərlər
2 Oktyabr 2024 14:33
286
Azərbaycan rekordçusu 70-ci qələbənin astanasında

“Qarabağ” tarixində 70-ci avrokubok qələbəsini qazana bilər.

İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi bunun üçün “Malmö”yə qalib gəlməlidir.

Avropa Liqasının Liqa mərhələsinin II turunun oyununu evdə keçirəcək Ağdam klubu indiyədək 69 qələbə qazanıb. Son üç görüşdə uduzan çempionumuz yubileyi təxirə salıb.

İndiyədək qitə kuboklarında 182 matça çıxan “Qarabağ” 69 qələbə qazandığı müddətdə 46 heç-heçə edib və 67 dəfə uduzub. Qalibiyyətlərdən 36-sı Avropa Liqasına təsadüf edib. Çempionlar Liqasında 24 uğuru olan komanda Konfrans Liqasında 8, İntertoto kubokunda 1 dəfə sevinib. Yalnız Kuboklar kubokunda qələbəsi olmayan “Qarabağ”ın ilk zəfəri isə 25 il əvvəl qeydə alınıb.

Təmsilçimiz İsraildə Hayfa “Makkabi”sini 2:1 hesabı ilə üstələyib. Bu, İntertoto kubokundakı debütə təsadüf edib.

Qeyd edək ki, “Malmö” ilə sabah qarşılaşacaq “Qarabağ” qələbə sayında Azərbaycan rekordçusudur.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: