Çempionlar Liqasında yeni rekord - VİDEO

Xəbərlər
3 Oktyabr 2024 10:33
613
Çempionlar Liqasında yeni rekord - VİDEO

Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, “Liverpul”un misirli hücumçusu Avropanın ən nüfuzlu klub turnirində ən çox qol vuran afrikalı adına sahib çıxıb.

O, Liqa mərhələsinin II turunun “Bolonya” ilə matçında qol sevinci yaşayıb. Salah bununla da Çempionlar Liqasındakı hesabını 45 topa çatdırıb.

Misirli hücumçu 44 qol vuran Didye Droqbanı arxada qoyub. İlk “üçlüy”ü 30 dəfə fərqlənən kamerunlu Samuel Etoo qapayır.

Qeyd edək ki, “Liverpul” “Bolonya”nı 2:0 hesabı ilə məğlub edib.

İdman.biz