“Qarabağ”ın Juninyosu Vinisius Juniora yuxarıdan aşağı baxır

Xəbərlər
3 Oktyabr 2024 10:59
399
“Qarabağ”ın Juninyosu Vinisius Juniora yuxarıdan aşağı baxır

2024-cü ildə ən çox qol vuran futbolçuların siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində ilin ilk 9 ayında ən azı 22 qol vuran futbolçular yer alıblar.

Buna nail olan 52 oyunçu arasında “Qarabağ”ın braziliyalı forvardı Olavio Juninyo da var. O, 23 qolla dünyada 33-cüdür.

Juninyo Premyer Liqa 9, ölkə kubokunda 5, avrokuboklarda 9 qola sevinib. O, Vinisius Junior, Pyer-Emerik Obameyanq, Luis Suares kimi ulduzlara cədvəldə yuxarıdan aşağı baxır.

Siyahının lideri də dəyişib. İsveç millisinin və Portuqaliyanın “Sportinq” klubunun forvardı Viktor Qyökeres 40 qolla zirvəni ələ keçirib. Çinin “Şanxay Port” klubunun oyunçusu Vu Ley 38 qolla ikincidir. İlk “üçlüy”ü İngiltərə millisi və “Bavariya”nın qol silahı Harri Keyn qapayır – 35 qol.

İdman.biz