“Liverpul”da yeni rekordçu

Xəbərlər
3 Oktyabr 2024 11:18
268
“Liverpul”da yeni rekordçu

“Liverpul”un baş məşqçisi Arne Slot klub tarixinin rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, İngiltərə klubu onun rəhbərliyi altında keçirdiyi ilk 9 oyunda 8 qələbə qazanıb.

Mersisaydlılar Çempionlar Liqasının II turunda “Bolonya”nı iki cavabsız qolla məğlub ediblər. Premyer Liqada 6 matçda 5 dəfə qalib gələn Slotun komandası Çempionlar Liqasında 2, Liqa kubokunda 1 görüşdə rəqibini məğlub edib. Bununla da 45 yaşlı çalışdırıcı “Liverpul” tarixində heç bir baş məşqçinin nail olmadığı göstəriciyə imza atıb.

Qeyd edək ki, Slot bu ilin yayında İngiltərə klubunun “sükanı arxası”na keçib.

İdman.biz