Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö”nü qəbul edəcək.
İdman.biz xəbər verir ki, Rusiyanın tanınmış “euro-football” portalı qarşılaşma ilə bağlı təxminini açıqlayıb.
Şimallılar Ağdam klubunu görüşün favoriti hesab edirlər. Portalın futbol eksperti Kirill Zakatçenko Tofiq Bəhramov adına Respublika stadionunda iki qol vurulacağını gözləyir: “Malmö” “Qarabağ”ın məğlub edə biləcəyi rəqibdir. Mənə elə gəlir ki, Azərbaycan klubu bu matçda 2 qol vuracaq. “Qarabağ” öz qapısının toxunulmazlığını qoruya biləcək”.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də başlayacaq.
İdman.biz