Sentyabrın rəmzi yığması: Keçmiş SSRİ-dən 2 oyunçu

Xəbərlər
3 Oktyabr 2024 11:50
276
Sentyabrın rəmzi yığması: Keçmiş SSRİ-dən 2 oyunçu

"SofaScore" öz qiymətləndirməsinə görə Avropanın aparıcı 5 liqasının sentyabr ayı üçün U-21 rəmzi yığmasını açıqlayıb.

İdman.biz xəbər verir ki, ötən ayın ən yaxşı gənc oyunçularının "komanda"sında keçmiş SSRİ-dən 20 yaşlı iki müdafiəçi - özbək Abdukodir Xusanov və gürcü Saba Qoqliçidze də yer alıb.

Qeyd edək ki, Xusanov 2023-cü ildən Fransa "Lans"ında, Qoqliçidze isə bu mövsümdən İtaliya "Empoli"sində çıxış edir.

İdman.biz

Məqalədə: