“Star Bakı”dan 8 qol, “Laçın” və “AzNur”dan qələbə

Xəbərlər
3 Oktyabr 2024 12:01
82
“Star Bakı”dan 8 qol, “Laçın” və “AzNur”dan qələbə

Minifutbol üzrə Azərbaycan çempionatına start verilib.

İdman.biz xəbər verir ki, 2024/25 mövsümünün Bakı Tennis Akademiyasında keçirilən I turunun ilk günündə 3 matç baş tutub.

Mövsümün açılış matçında “Laçın” “Şamaxı”nı məğlub edib. “AzNur” isə “Çinar Zəngilan”a qalib gəlib. Günün ən məhsuldar görüşündə “Star Bakı” “Siyəzən”i üstələyib.

Qeyd edək ki, tura oktyabrın 3-də yekun vurulacaq.

Azərbaycan çempionatı
I tur
2 oktyabr

19:30. “Şamaxı” – “Laçın” – 2:3
21:00. “AzNur” – “Çinar Zəngilan” – 3:2
22:30. “Star Bakı” – “Siyəzən” - 8:2

İdman.biz