AFFA-nın inkişaf strategiyası ilə bağlı görüşlər keçirilib - FOTO

Xəbərlər
3 Oktyabr 2024 12:52
81
AFFA-nın inkişaf strategiyası ilə bağlı görüşlər keçirilib - FOTO

AFFA-nın inkişaf strategiyasının yazılması ilə əlaqədar növbəti görüşlər keçirilib.

İdman.biz xəbər verir ki, yeni strategiya ilə bağlı tərəfdaş şirkətlərin nümayəndələrinin Bakıda görüşləri təşkil olunub.

Onlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri, AFFA rəhbərliyi, milli komandanın baş məşqçisi, təcrübəli yerli futbol funksionerləri, eləcə də AFFA-nın departamentləri ilə fikir mübadiləsi aparıb, məlumatların toplanma prosesini həyata keçiriblər.

Cari vəziyyətlə bağlı toplanmış məlumatlar və yığılmış təklifləri nəzərə alaraq, şirkətlər tərəfindən strategiyanın yazılması prosesi davam edir.

İdman.biz

Məqalədə: