AFFA Premyer Liqa klublarını cəzalandırıb

Xəbərlər
3 Oktyabr 2024 13:34
208
AFFA Premyer Liqa klublarını cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının VIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

Xoşagəlməz hadisələrə hüquqi qiymət verən qurum klubları cəzalandırıb.

“Neftçi” ilə matçda 6 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 700 manat cərimə edilib. “Araz-Naxçıvan”la görüşdə 4 oyunçusu xəbərdarlıq alan “Səbail”in də cəzası eyni olub.

Belə cərimə “Şamaxı” – “Turan Tovuz” oyununda hər iki komandaya tətbiq edilib. “Şamaxı” 4, “Turan Tovuz” 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

İdman.biz

Məqalədə: