“Qarabağ” - “Malmö" oyununa satılan biletlərin sayı açıqlanıb

Xəbərlər
3 Oktyabr 2024 15:16
325
“Qarabağ” - “Malmö" oyununa satılan biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Malmö" (İsveç) oyununa satılan biletlərin sayı açıqlanıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qarşılaşmaya hələlik 24 min bilet satılıb.

Qeyd edək ki, matç bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz

Məqalədə: