Mahamadu Ba: "Vəziyyəti dəyişmək üçün çalışırıq"

Xəbərlər
3 Oktyabr 2024 16:33
101
Mahamadu Ba: "Vəziyyəti dəyişmək üçün çalışırıq"

“Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in yeni transferi Mahamadu Ba deyib.

Gəncə klubunun mətbuat xidmətinə açıqlama verən malili futbolçu keçidi ilə bağlı fikirlərini bölüşüb: “Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu”.

Legioner komandanın durumuna da toxunub: “Komandanın çıxışı bilirəm ki, azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq. Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə çalışırlar. İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdür. Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın ilk 8 turunda xal qazanmayıb.

İdman.biz