Millimizin rəqibinin baş məşqçisi: “Heç də ən yaxşı formada deyilik”

Xəbərlər
3 Oktyabr 2024 17:46
276
Millimizin rəqibinin baş məşqçisi: “Heç də ən yaxşı formada deyilik”

“Mən millinin indiki durumundan narazıyam”.

İdman.biz xəbər verir ki, bunu Slovakiya millsiinin baş məşqçisi Françesko Kaltsona deyib.

Millətlər Liqasının Azərbaycan və İsveçlə oyunları üçün heyəti açıqlayan mütəxəssis komandadan narazılığını gizlətməyib: “Yığmaya çağırdıqlarım arasında Ondrey Duda və Tomaş Suslov da var. Amma onlar ideal formalarından uzaqdırlar. Biz bu qarşılaşmalar üçün heç də ən yaxşı formada deyilik”.

Qeyd edək ki, Slovakiya oktyabrın 14-də Bakıda millimizin qonağı olacaq.

İdman.biz