"Bu gün qələbəyə layiq idik".
İdman.biz xəbər verir ki, bunu “Malmö” klubunun baş məşqçisi Henrik Ridström Avropa Liqasının Liqa yolunda “Qarabağ” la oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, qarşılaşma gərgin mübarizə şəraitində keçib. Ridström komandasının 2:1 hesablı qələbəsini şərh edib: "Dünən də demişdim ki, çətin oyun olacaq. Həqiqətən də, belə oldu. Qarabağ güclü komandadır. Elə anlar oldu ki, biz çox çətinlik çəkdik. Ancaq biz bu oyun yaxşı müdafiə olunduq, topla ehtiyatlı hərəkət etdik. Ümumilikdə komandamın oyunundan razıyam. Fikrimcə, biz qələbəyə layiq idik".
- "Malmö"dəki təcrübəli futbolçular bu oyuna təsir göstərdimi?
- Həm bəli, həm xeyr. Çünki biz məcburən bəzi dəyişikliklərə getdik. Bizim çox təcrübəli oyunçularımız var ki, bu oyunda yaxşı oynadılar. İstənilən halda biz yeni bir təcrübə qazanmış olduq.
- İkinci hissədə mərkəz müdafiəçisinin əsəbləşdiyini gördük. Səbəb nə idi?
- O, oyunda daha çox müdafiəçi istəyirdi. Mən isə hücumameylli oyunun tərəfdarı idim. Səbəb bu idi.
- " Qarabağ"ı araşdırarkən yəqin ki, bu məqamla tanışsınız ki, Qurban Qurbanovun oğlu İsveç klubunda qısamüddətli çıxış edib, ancaq öyrəşə bilmədiyini üçün geri qayıdıb. Sizcə, bir azərbaycanlı futbolçunun İsveç klubunda oynaması üçün nə lazımdır?
- Bu suala konkret cavab vermək çətindir. Bir məqamı qeyd edim ki, Skandinaviya futbolunda fiziki hazırlıq əsasdır.
Aytac Sahəd
İdman.biz