“Qarabağ”ın qapısına 2 qol vuran futbolçu: “Fantastik qələbə qazandıq” - VİDEO

Xəbərlər
4 Oktyabr 2024 09:43
355
“Qarabağ”ın qapısına 2 qol vuran futbolçu: “Fantastik qələbə qazandıq” - VİDEO

“Taktiki cəhətdən fantastik oyun keçirdik”.

İdman.biz xəbər verir ki, bunu “Malmö”nün futbolçusu Erik Botheim deyib.

Hücumçu Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ı Bakıda 2:1 məğlub etdikləri matçı şərh edib. Dubl edən Botheim qələbənin sirrini açıqlayıb: “Oyunda daha sıx oynayıb, rəqibə boş zonalar verməməyə çalışırdıq. Bu, bizdə alındı. Fantastik komanda qələbəsi qazandıq. Son matçlarda formamı bərpa etdim, ona görə də qol vurmaq xoş idi. Amma bu gün komanda işimizdən danışmağa üstünlük verirəm”.

Qeyd edək ki, “Qarabağ”ın 1:2 hesabı ilə məğlub olduğu matçda ağdamlıların yeganə qolunu 15-ci dəqiqədə Juninyo vurub.

İdman.biz