Fernandu Santuş: “Gələcəyi görə bilmirəm”

Xəbərlər
4 Oktyabr 2024 11:21
222
Fernandu Santuş: “Gələcəyi görə bilmirəm”

"Hansı futbolçu mentaliteti dəyişmək istəməsə, seçimimiz başqa futbolçu olacaq"

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

O, Millətlər Liqasında növbəti oyunlarla bağlı hansısa proqnoz verməkdən imtina edib: "Slovakiya ilə yenidən qarşılaşacağıq. İndi xal haqqında konkret nəsə deyə bilmərəm. Çünki mən gələcəyi görə bilmirəm. Futbolçularıma inanıram və onlar da bilir ki, nələrisə dəyişmək lazımdır. Ən azından mentalitet dəyişməlidir, komanda kimi düşünməliyik. Fərdiçilikdən əl çəkmək lazımdır. Bəzi futbolçularımız var ki, yalnız özləri haqqında düşünürlər. Təbii ki, nələri dəyişmək lazım olduğunu bilirik. Futbolçularla işləyəndən sonra gördüm ki, onlar çox həvəslidir. İnanıram ki, istəyimizə çata biləcəyik. Düşünürəm ki, onlar bu dəyişikliyə hazırdırlar. Müəyyən qərarlar verməliyik. Mən nələrisə dəyişmək üçün burdayam".

Aytac Sahəd
İdman.biz

Məqalədə: