“Qırmızı şeytanlar”ın “qara zolağ”ı

Xəbərlər
4 Oktyabr 2024 13:41
143
“Qırmızı şeytanlar”ın “qara zolağ”ı

“Mançester Yunayted” qeyri-adi uğursuz seriya ilə üzləşib.

İdman.biz xəbər verir ki, İngiltərə klubu 2 və ya daha çox qol vurduğu avrokubok oyunlarında qələbə qazana bilmir.

Bu seriya 6 matça çatıb. Çempionlar Liqasında 4, Avropa Liqasında 2 görüşdə belə uğursuz tendensiya yaşanıb.

2023-cü il martın 9-da “Betis”i Avropa Liqasında 4:1 hesabı ilə məğlub edən “qırmızı şeytanlar” sonradan “qara zolağa” düşüb. Həmin turnirdə “Sevilya” (2:2), Çempionlar Liqasında “Qalatasaray”la (3:3) heç-heçə edən Mançester təmsilçisi qitənin ən nüfuzlu turnirində “Bavariya” (3:4), “Kopenhagen” (3:4) və “Qalatasaray”a (2:3) çox qol vurduğuna peşman olub. “Porto” ilə Avropa Liqasının dünənki görüşündə isə bu seriya 6 oyuna çatıb – 3:3.

Qeyd edək ki, “Mançester Yunayted” bu müddətdə avrokubokda daha az qol vurduğu qarşılaşmada qələbə qazanıb. İngiltərə təmsilçisi “Kopenhagen”i 1:0 hesabı ilə yenib.

İdman.biz