“Mundiala hazırlıqlar yaxşı gedir. Hər şey qaydasındadır. Artıq bu gecə Xorvatiyaya yola düşəcək”.
İdman.biz xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan U-23 millisinin kapitanı Ələkbər Şəbiyev deyib.
O, yığmamızın Xorvatiyada dünya çempionatına hazırlığını qiymətləndirib: “Komandada əhval-ruhiyyə yaxşıdır. Bu gün son məşqimizdir. Tam şəkildə hazır olduğumuzu düşünürəm. Hədəfimiz çempionluqdur. Ən yaxşı nəticəni vermək üçün köklənmişik. Pis halda medal götürmək lazımdır”.
Ələkbər yarışdan gözləntilərini də açıqlayıb: “Baş məşqçimiz Rəcəb Fərəczadənin həm xasiyyətində, həm də futbol biliyinə bələdəm. O, bu işin başındadırsa, ən yüksək nəticə üçün gedir. Çətinliyimiz rəqibləri tanımamaqla bağlıdır. Amma bu bizim üçün bir bəhanə deyil. Çətinlikdən çəkinmirik. İnsanlar da bizi tanımırlar. Bizə necə qarşıdırsa, onlara da elədir”.
Qeyd edək ki, dünya çempionatında millimiz Çexiya, Serbiya və Hindistanla bir qrupda mübarizə aparacaq.
Emin Ağa
İdman.biz