“Tottenhem” qələbə seriyasını 5-ə çatdırıb.
İdman.biz xəbər verir ki, İngiltərə klubu Avropa Liqasında “Ferentsvaroş”u 2:1 hesabı ilə məğlub edib.
London təmsilçisi bunadək də 4 matçda qələbələri sıralayıb. Avrokubokda “Qarabağ”a üç cavabsız qol vuran “Tottenhem” daxili arenada “Mançester Yunayted”i 3:0, “Brentford”u 3:1, “Koventri”ni 2:1 hesabı ilə üstələyib.
Bütün qarşılaşmalarda qələbə qoluna Brennan Conson imza atıb. 23 yaşlı vinger 5 matçda komandasının qol “silahı” olub.
Qeyd edək ki, “Tottenhem” sonuncu dəfə 2021-ci ilin martında bitən seriya zamanı ardıcıl 5 qələbə qazanıb. Onda komandanı Joze Mourinyo çalışdırırdı.
İdman.biz