Estoniya jurnalı İdman.bizə istinadən Azərbaycan millisindən yazıb

Xəbərlər
4 Oktyabr 2024 16:00
404
Estoniya jurnalı İdman.bizə istinadən Azərbaycan millisindən yazıb

Estoniyanın “Jalka” (“Futbol”) jurnalının oktyabr sayında komandalarının Azərbaycanla qarşılaşması ərəfəsində millimizə həsr olunan yazı dərc edilib.

İdman.biz xəbər verir ki, məqalədə Azərbaycan millisində əsas ulduzun 70 yaşlı baş məşqçi Fernandu Santuşun olması və Estoniya ilə oyun günü onun vəzifəsində təxminən 4 ayının tamam olacağı vurğulanıb.

Bu müddətdə baş verənlərə portuqaliyalı mütəxəssisin sözləri ilə nəzər salınıb, onun ilk uğursuzluqlarını sığortalamaq üçün az qala, hər çıxışında “inanıram” sözündən istifadə etməsi də diqqətdən yayınmayıb.

Estoniya jurnalında, həmçinin İdman.biz saytına istinadən portuqaliyalı jurnalist, məşhur “A Bola” nəşrinin baş redaktoru Luis Mateusun həmyerlisi Fernandu Santuşun Azərbaycan millisindəki fəaliyyəti ilə bağlı fikirləri də təqdim olunub.

Qeyd edək ki, UEFA Millətlər Liqası çərçivəsində Estoniya – Azərbaycan matçı oktyabrın 11-də Bakı vaxtilə saat 20:00-da Tallində keçiriləcək.

İdman.biz

Məqalədə: