Azər Bağırov: "Fürsətlərdən maksimum yararlandıq"

Xəbərlər
4 Oktyabr 2024 19:31
690
Azər Bağırov: "Fürsətlərdən maksimum yararlandıq"

"Oyun barədə çox danışmaq mümkün deyil. Çox sevincliyik. Çoxdandır qələbəyə həsrət idik. Bilirdik ki, doğru yoldayıq. Bu gün hər iki hissədə istədikərimizi edə bildik. Əlimizə düşən fürsətlərdən maksimum yararlandıq".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi" üzərində qazanılan 4:3 hesablı qələbəni şərh edib: "Neftçi"nin ən üstün cəhətləri cinahları və mərkəzi idi. Hamı istəyər ki, heyətində Ozobiç kimi "10 nömrə" olsun. İlk tapşırığımız bu oldu ki, bizim vingerlər cinahdan çox çıxmasın və rəqbin vingerlərini zərərsizləşdirsinlər. Braqananın bir az problemi var, ingiliscə yaxşı bilmir. Oyundan-oyuna yaxşı olacaq. Bura gələndən 3 oyunda 3 məğlubiyyət almışdıq. Amma hər oyunda nələrisə daha yaxşı etməyə çalışırdıq. Bəzi şeyləri birdən-birə dəyişmək olmur, addım-addım etmək olur. İnanıram ki, bundan sonra daha yaxşı oyunlarımız olacaq. Hər şey inamdan asılıdır. Uşaqları inandıra bildik. Məncə, pis alınmadı".

Qeyd edək ki, "Kəpəz" mövsümdə ilk xallarını qazanıb.

İdman.biz