Azərbaycan kubokunun finalçısı dünyasını dəyişib

Xəbərlər
4 Oktyabr 2024 20:19
291
Azərbaycan kubokunun finalçısı dünyasını dəyişib

"İnter"in (hazırki "Şamaxı") keçmiş baş məşqçisi Anatoliy Konkov vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.

2004-2006-cə illlərdə Bakı klubuna rəhbərlik edən Konkov 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "İnter" ukraynalı mütəxəssisin başçılığı altında Azərbaycan kubokunun finalçısı olub (2004/2005).

İdman.biz