Çempionat oyunları təxirə salınıb

Xəbərlər
5 Oktyabr 2024 13:21
70
Çempionat oyunları təxirə salınıb

Bosniya və Herseqovina çempionatının həftəsonu keçiriləcək bütün oyunları təxirə salınıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı ölkənin futbol federasiyası verib.

Belə addımın atılmasına daşqınlar səbəb olub. Oyunların keçirilmə tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, ölkənin cənub hissəsindəki daşqınlarda 14 nəfər ölüb. Güclü yağıntılar dağ çaylarının daşması ilə nəticələnib.

İdman.biz

Məqalədə: