“Qarabağ” mövqeyini qoruyub - REYTİNQ

Xəbərlər
5 Oktyabr 2024 13:48
254
“Qarabağ” mövqeyini qoruyub - REYTİNQ

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda qitənin 400 klubu yer alıb.

Azərbaycanın 4 komandası ən yaxşılar arasına daxil edilib. 277 xala malik “Qarabağ” 63-cü pillədə qərarlaşıb.

Qurban Qurbanovun yetirmələri Avropa Liqasında “Malmö”yə 1:2 hesabı ilə uduzduğu üçün 1 xal itirib. Amma təmsilçimiz mövqeyini qoruyub.

Bir pillə geriləyən “Neftçi” 19 xalla 254-cü sıradadır. 15 xalı olan “Sabah” üç pillə geriləyib və 270-cidir. Bir xal geri qalan “Zirə” 285-ci pillədə yer alıb. Qəsəbə klubu 4 addım geriləyib.

Qeyd edək ki, siyahıya 2395 xala malik “Real” başçılıq edir.

İdman.biz