“Mançester Siti” istəyinə rədd cavabı

Xəbərlər
5 Oktyabr 2024 14:53
161
“Mançester Siti” istəyinə rədd cavabı

“Mançester Siti” Premyer Liqanın 2025/26 mövsümünün startının təxirə salınmasını istəyir.

İdman.biz xəbər verir ki, bunu “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola açıqlayıb.

O bildirib ki, bununla bağlı Premyer Liqa rəhbərliyinə müraciət olunub. Amma təşkilatçılar bu xahişi rədd ediblər.

Mançesterlilər ilk iki turla bağlı istəkdə olublar. Bu da gələn yay klublararası dünya çempionatının keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, mundial iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

İdman.biz

Məqalədə: