Levandovskinin müqaviləsindəki şərt

Xəbərlər
5 Oktyabr 2024 17:20
214
Levandovskinin müqaviləsindəki şərt

Robert Levandovskinin “Barselona” ilə müqaviləsinin şərtləri bəlli olub.

İdman.biz xəbər verir ki, 36 yaşlı hücumçunun anlaşması mövsümün sonunda bitəcək.

Amma polşalı forvardın müqavilədəki şərti onun daha 1 il uzadılması ilə nəticələnə bilər. Əgər Robert oyunların yarıdan çoxunda iştirak etsə, müqavilə avtomatik artırılacaq.

Qeyd edək ki, Robert cari mövsümün 10 oyununda 9 qol vurub.

İdman.biz