Azərbaycan yığmasının üzvü Coşqun Diniyev Tükiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" 8-ci turda "Ümraniyəspor"un qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Keçmiş komandası ilə qarşılaşmada start heyətində yer alan Coşqun 69-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Diniyevin komandası 12 xalla 8-ci pillədə qərarlaşıb.
İdman.biz