Azərbaycanlı futbolçu Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" növbəti dəfə xal itirib.
İdman.biz xəbər verir ki, Ankara təmsilçisi Türkiyə 1-ci Liqasının 8-ci turunda "Adanaspor"la qarşılaşıb.
Renatın komandası autsayderlə görüşdə rəqib qapısına yol tapmayıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Ehtiyatda qalan Dadaşov 69-cu dəqiqədə meydana daxil olsa da, ankaralılara kömək edə bilməyib.
Qeyd edək ki, ardıcıl ikinci oyunda xal itirən "Ankaragücü" 10 xalla 13-cü pillədə yer alıb.
İdman.biz