"Üzücü məğlubiyyət oldu. Xal qazanmaq istəyirdik".
İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının IX turunda "Səbail"ə 0:2 hesablı məğlubiyyəti şərh edib: "Bu gün rəqib bizdən daha istəkli görünürdü. Sonra oyunu çevirmək imkanımız oldu. Qol epizodlarını dəyərləndirə bilmədik. Daha sonra qırmızı vərəqə il azlıqda qaldıq. Sonra isə rəqib əks-hücumda ikinci qolu vurub oyunun taleyini həll etdi. Bu gün istədiyimiz kimi çıxış edə bilmədik. Bu da normaldır. Zədəli futbolçularımız çox idi. Mövsüm ərzində belə çətinliklər olacaq. Buna hazır olmalıyıq. Bu məğlubiyyət bizi daha da möhkəmləndirməlidir. Milli fasilədən istifadə edib daha möhkəm olacağıq".
Qeyd edək ki, "Şamaxı" 5 turdan sonra uduzub.
İdman.biz