"Bu gün oyun tam diqtəmizlə keçdi. Sadəcə standart vəziyyətlərdə problemimiz olurdu. Onda da qapıçı və müdafiəçilərimiz etibarlı oynadı".
İdman.biz xəbər verir ki, bunu baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının IX turunda "Şamaxı" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib: Topa nəzarət edərək qol vəziyyətləri yarada bildik. "Qara zolaq"dan çıxmaq məni sevindirir. Yolumuza davam edəcəyik. Dünən "Kəpəz" qalib gəlməklə xal fərqini 1-ə endirdi. Futbolçularda təzyiq olur. Amma bugünkü qələbə bizi sonuncu yerdən bir az uzaqlaşdırdı. Amma bu, heç nə demək deyil. 3 xallıq çempionatda hər şey ola bilər. "Neftçi" bu situasiyadan çıxacaq. Bu, görünəndir. "Kəpəz"in qələbəsi bizi bir az da ruhlandırdı. Arxamızda nəfəs hiss elədik. Bu, bizim üçün çox böyük motivasiya verdi".
Qeyd edək ki, qələbə "Səbail"i 7-ci pilləyə yüksəldib.
İdman.biz