Kurban Berdiyev: "Legioner limitinin tətbiq olunması bizə xüsusi problem yaratmır"

Xəbərlər
6 Oktyabr 2024 20:47
197
Kurban Berdiyev: "Legioner limitinin tətbiq olunması bizə xüsusi problem yaratmır"

"Zirə"nin Azərbaycan çempionatında ən aparıcı klublardan biri olması, ölkəni avrokuboklarda da təmsil etməsi heç kəsə sirr deyil".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının IX turunda "Zirə" ilə görüşdə qeydə alınan 1:0 hesablı qələbəni şərh edib: "Biz onsuz da ehtimal etmişdik ki, oyun çox çətin olacaq. İlk yarıda "Zirə"nin üstünlüyü və qol epizodları olsa belə, onların qarşısını aldıqları üçün uşaqlara təşəkkür edirəm. Üstəlik, rəqibə qol vurmaq imkanı vermədikləri üçün də təşəkkürümü bildirirəm. İkinci hsisədə planlı dəyişikliklər etdik. Əvvəlcə oyunu bərabərləşdirdik, müəyyən epizodlarda da onları üstələdik. Əvəzetmələr oyunumuzu gücləndirdi. Dəyişikliklər planlı şəkildə edildi. Üçüncü dəyişikliyi isə bilmədik ki, kimi əvəzləyək. Amma ilk ikisi öncədən düşünülmüşdü. Legioner limitinin tətbiq olunması bizə xüsusi problem yaratmır. Aleks Souza uzun müddət idi ki, zədələnmişdi, oynaya bilmirdi. Fərid Yusifli var, o da meydana çıxanda yaxşı mübarizə aparır".

Qeyd edək ki, "Turan Tovuz" mövsümün 1-ci dövrəsini 2-ci pillədə başa vurub.

İdman.biz